Xəzər TV-nin idarəçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə keçib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, televiziyanın akt zalında iclas keçirilib. Azərbaycan Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib ki, SOCAR-la memorandum imzalanıb.
Sənədə əsasən, Xəzər TV-nin idarəçiliyi SOCAR-a keçib, rəhbər də Xalq artisti Murad Dadaşov olub.
Qeyd: “Xəzər”in əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov olub.



