Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə siyasi xadim Nəriman Nərimanovun Bakıdakı heykəlinin götürülməsi ilə bağlı təkliflərə münasibət bildirib.
A.Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, heykəllərin götürülməsinin əleyhinədir.
"Nəriman Nərimanovun heykəli niyə götürülməlidir? O, Azərbaycan xalqı üçün çox böyük işlər görüb. Ona görə də Nərimanovun heykəlinə toxunulmamalıdır. Nərimanov Şah İsmayıl Xətai ilə müqayisə olunmamalıdır. Hər ikisi tarixi şəxsiyyətdir, öz yerləri var. Xətainin tarixdə də, Azərbaycan xalqının qəlbində də yeri var. Bakıda Xətainin də abidəsi ucaldılıb. Birini qaldırarkən o birini yıxmaq lazım deyil. Bu cür cəfəng təkliflər vermək lazım deyil” - ASDP sədri qeyd edib.


