“Viruslara qarşı ən yaxşı tədbir onun yayılmasının qarşısını almaq və özünü qorumaqdır. Çünki virus elə bir xəstəliktörədicidir ki, onun özünə qarşı heç bir müalicə üsulu yoxdur”.
Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu deyib.
“Burada bədənin immunitetini qaldıran qidalar qəbul etmək, dərmanlar atmaq, idman etmək, təmiz havada çox olmaq lazımdır. Eyni zamanda təmasda çox olmaq məsləhət deyil. Çünki bu, hava infeksiyasıdır və bir metrdən də keçə bilər. Odur ki, çox asan tədbirlərlə onun qarşısını almaq mümkündür. Məsələn, Azərbaycanda həm xanımların, həm də kişilərin öz dostları, yaxınları ilə görüşərkən öpüşməsi dəbdir. Heç olmasa, belə halları bir müddət saxlamaq lazımdır. Çünki qarşındakı şəxsin xəstə olub-olmadığını bilmirsən. Əgər xəstədirsə, deməli, yaxın təmasda olub yoluxa bilərsən. Amma panikaya heç bir etiyac yoxdur” – S.Cəlaloğlu qeyd edib. (Reyting.az)


