İdman

Koronavirusa görə Çempionlar Liqasının oyunları təxirə düşdü

Koronavirusa görə Çempionlar Liqasının oyunları təxirə düşdü

Asiya Çempionlar Liqasının oyunları ləğv olunub.

Demokrat.azxəbər verir ki, koronavirusa görə martda Koreya Respublikasında keçirilməsi planlaşdırılan matçlar təxirə salınıb.

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

Demokrat.az

D
demokrat.az