Litvada 800 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
Demokrat.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, bu iki ölkə arasındakı münasibətlər üçün vacibdir:
"Ötən il Azərbaycana 3000-dən artıq turist gəlib. Hesab edirik ki, birbaşa uçuş məsələsinin gündəmdə saxlanııması vacibdir"



