YapiKredi Müraciət Forması
Mazda CX-5
Sənaye və energetika

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Demokrat.az-ın xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

B
Qeyd edilməyib