Gündəm

"Mətbuata əvvəlcədən səhv məlumat verilib" — Bəxtiyar Hacıyev

Mətbuata əvvəlcədən səhv məlumat verilib — Bəxtiyar Hacıyev

"Mətbuata əvvəlcədən hazır məlumat verilib. İclasda başqa cür oldu"

Demokrat.az xəbər verir ki, bunu 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, MSK 6 məntəqənin ləğv edilməsi üçün təklif versə də razı olmayıblar: "MSK qərar vermədi 29-la baglı. Mətbuat səhv məlumat yayıb. 6 məntəqə ləğvi təklif olundu, razılaşmadıq, əlavə sübutları təqdim etdik. Onlar da araşdırılacaq. Qərar sonra olacaq".

Qeyd edək ki, MSK-nın 29 saylı Səbail seçki dairəsində 1,5,9,11,17,25 saylı məntəqələrin nəticələrinin ləğv etməsi ilə bağlı qərar qəbul etməsi haqqında ölkə mətbuatı məlumat yayıb.

Demokrat.az

D
demokrat.az