YapiKredi Müraciət Forması
İnfrastruktur

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

Metronun 20 Sentyabr stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin yarısına qədər tam istismara verilməsi hədəflənir.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında səhmdar cəmiyyətin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, "20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri bitib: "Tamamlama işləri icra olunur. Orada xüsusi memarlıq həlli tətbiq olunur. Həmin materialların ölkə xaricindən gətirilməsi, logistika və sair kimi məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib. İşlər qrafik üzrə gedir. Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir".