YapiKredi Müraciət Forması
Aqrar-sənaye kompleksi Özəl

"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"

Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər

"Ucar çəltik zavodu 2025-ci ildə yaradılıb. Zavodda istifadə olunan avadanlıqların hamısı İrandan gətirilib. Burada gündəlik 20-25 ton çəltik üyütmək mümkündür".

Demokrat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Ucar rayonunda yerləşən düyü emalı zavoduna təşkil etdiyi mediatur zamanı "Tarladan bazara" çəltik zavodunun icraçı direktoru Yusif Hacıyev deyib.

Onun sözlərinə görə, zavoda Ağsu, Göyçay, Zərdab, Ağdaş və hətta Lənkərandan çəltik gətirilir:

"Müştərilər özləri də üyütmə prosesində iştirak edir, məhsullarını öz gözləri qarşısında üyüdərək götürürlər. Onlar əldə olunan düyünün keyfiyyətindən razıdırlar. İstəyən müştərilər məhsullarını elə zavodda da sata bilirlər".

Yusif Hacıyev bildirib ki, çəltiyin təxminən 90 faizi satışa çıxarılır:

"Məhsulun sahibi müştərinin özüdür və o, düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər. Gəncədən, Bakıdan və digər rayonlardan olan alıcılar da zavoda gələrək məhsulları alır və özləri satışını həyata keçirirlər.

Zavod nümayəndəsi gələcəkdə müəssisənin fəaliyyətini genişləndirmək və ərazidə un zavodu tikmək niyyətində olduqlarını da qeyd edib.

Onun sözlərinə görə, bu il tikintiyə başlamaq planlaşdırılır.

"Hazırda zavodda təxminən 10 nəfər çalışır. İş həcmi artdıqca işçilərin sayının da artırılması nəzərdə tutulur".

"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
"Düyünü istər zavodda, istərsə də başqa yerlərdə sata bilər"
1 / 8

Fidan Hacızadə

Editor
Redaktor