Maraqlı

Yumurta alarkən bu məqama diqqət edin

Yumurta alarkən bu məqama diqqət edin

Yumurta alarkən qablaşdırmanı açıb onların qabığını yoxlamaq sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Çünki qabıqda olan kiçik çatlar belə zərərli bakteriyaların yumurtanın daxilinə keçməsinə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, yumurtanın qabığında yaranan çatlar Salmonella kimi təhlükəli bakteriyaların daxil olmasına şərait yarada bilər. Buna görə də alış zamanı hər bir yumurtanı diqqətlə yoxlamaq, qablaşdırmanın alt hissəsində maye və ya yapışqan izlərin olub-olmadığına baxmaq tövsiyə edilir. Belə əlamətlər yumurtalardan birinin çatlamasına işarə edə bilər.

Yumurta alarkən qablaşdırmanın bütöv olmasına, məhsulun yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Qabığı çatlamış və nə vaxt zədələndiyi bilinməyən yumurtalardan istifadə etmək məsləhət görülmür.

Mütəxəssislər yumurtaları soyuducuda saxlamağı və qida təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edirlər.