ABŞ-ın "Colossal Biosciences" şirkəti əsrlər əvvəl nəsli kəsilmiş dodo quşunun bəzi xüsusiyyətlərini yenidən yaratmaq istiqamətində araşdırmalarını davam etdirir.
Demokrat.az xəbər verir ki, şirkət alimləri süni intellektin köməyi ilə dodo quşunun baş və üz quruluşunu müəyyən edən genetik xüsusiyyətləri araşdırırlar.
Layihə çərçivəsində dodo quşunun yaşayan ən yaxın qohumlarından biri hesab edilən Nikobar göyərçininin genetik materialından istifadə edilməsi planlaşdırılır. Tədqiqatçılar genetik redaktə üsulları ilə bu quşa dodo növünə xas bəzi xüsusiyyətlər qazandırmağa çalışırlar.
Qeyd edək ki, bu təşəbbüs dodo quşunun tam şəkildə yenidən yaradılması demək deyil. Hazırda məqsəd nəsli kəsilmiş növün müəyyən genetik və xarici xüsusiyyətlərini bərpa etməkdir.


