"Prezident İlham Əliyevin AGEM-in VII Zirvə Görüşündəki çıxışı həqiqətən də çox ibrətamiz idi. Klassik yanaşmalarla zəngin çıxış idi. Çünki həqiqətən də dünya birliyinin özünün xəstəlikləri var, Asiya qitəsi özünəməxsus çatışmazlıqlarla savaş aparır və burada, əlbəttə ki, ilk növbədə, bu qarşıdurmada, bu mücadilədə üstünlüyü əldə etməkdən ötrü birincisi, dövlətlərin səfərbərliyi lazımdır. Sonra aparıcı qüvvələrin, siyasi qüvvələrin, düşünən beyinlərin, yəni intellektual kəsimlərin və 30-a yaxın dövlətin gərək arasında həm koordinasiya olsun, həm də bir-birini tamamlama".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, indi Ermənistanın hər üç rəhbərinin cinayətləri barəsində danışan Prezident İlham Əliyev məhz dünya birliyini də, Asiyanın liderlərini də artıq elə bir məqamlara kökləyir ki, onlar bilsinlər Qafqazda 30 ildən artıq çəkən bu dərdin, bəlanın səbəbləri nədən ibarət idi:
"Siyasətdə cinayətkar ünsürlər gələndə, hakimiyyəti onlar qəsb etdikdə həmişə bax belə fəsadlar yaşanır. Digər tərəfdən, müharibələr meydana gəlir və ilk növbədə də insanların bədbəxtliyi artır. Çünki biz gördük Azərbaycan xalqı nə dərəcədə əziyyətlərlə üzləşdi. Sonra biz humanitar fəlakəti yaşadıq. 1 milyona yaxın qaçqın və məcburi köçkün, sonra evsizlik, işsizlik, onların səfil vəziyyətə düşməsi, etnik təmizləmələr, soyqırımları, ekosid, urbisid – daha nə qaldı, onların hamısını ermənilər bizə qarşı tətbiq elədilər. Bu işin də başında olan üç prezident Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan dayanmışdılar. Elə Nikol Paşinyanın da qismən bu proseslərdə iştirakı qeydə alınmışdı və təbii ki, o insanlar törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Bunların elə xəyalları oyanmasın ki, guya o işlərin hamısı keçmişdə qalıb, artıq vərəqlər çevrilib, müharibənin səhifəsi bağlanıb və hər şey yaddan çıxıb. Xeyr. Azərbaycan xalqı heç vaxt heç nəyi yaddan çıxarmayıb və çıxarmayacaq. Prezident İlham Əliyev də bu barədə deyir ki, biz o dəhşətləri gərək yeni nəsillərimizə çatdıraq ki, onları artıq yeni bədbəxtliklərdən, yeni sınaqlardan, yeni ağır sınaqlardan sığortalaya bilək. Və təbii ki, bunu dünya birliyi də bilməlidir. Yəni biz onu da agah etməliyik ki, Qafqazda nələr baş verirdi, Qafqaz bölgəsində kim idi bu təlatümün, qarşıdurmaların mənbəyi və nəyə görə bunlar bu prosesləri gündəmə gətiriblər. Əlbəttə, ilk növbədə, onlar özləri varlandılar, amma yazıq insanlar qaldı elə göyün düzündə, ya yerin düzündə – fərqi yoxdur. Və ona görə də onlar saxta tezisləri həmişə tirajlayırdılar ki, guya iki millət genetik baxımdan bir-birindən ciddi şəkildə fərqlənir və birlikdə yaşaya bilməzlər. Bunlar gərək mütləq şəkildə ayrılsınlar və əsas vurğu da Qarabağda yaşayan bir yığın erməni ilə bağlı idi. Guya onlar azərbaycanlılarla yaşaya bilmirlər. Necə olur, bunlar iki əsr bundan əvvəl gəlib orada köçlə məskən qurdular, köç saldılar, yaşadılar və birdən-birə bəlli oldu ki, bunlar sadə azərbaycanlılarla birgə yaşaya bilmirlər? Yəni bunlar hamısı uydurmalar idi və həm də o uydurmaların arxasında ermənilərin ksenofobizm ideologiyası durur. Yəni Qaregin Njdenin əsasını qoyduğu o ideologiyadır ki, o, faşist ideologiyasıdır. Sonra irqi mübarizənin aparılmasına hesablanmış bir yanaşmadır. Digər tərəfdən, erməniləri guya ali bir etnos kimi təsbit etməyə hesablanmış bir yanaşma idi. Əlbəttə ki, bunlar hamısı uydurmalar idi və Qaregin Njdenin özü elə cinayətkar idi, Hitlerin əlindən su içirdi, Rozenberqin əlindən su içirdi və əlbəttə ki, elə o tarixdə də öz layiqli yerini tapdı – əvvəl həyatda, sonra tarixdə. Əlbəttə, erməni xalqı artıq başa düşdü ki, o rəhbərlərin cızdığı yollarla getsələr, onların heç vaxt sabit, normal həyatı olmayacaq. Amma düzdür, insanlar həmişə tez aldanırlar və onlar indiyəcən hələ xülyalarda yaşayırlar. Guya ki, bunlar müharibədə uduzmalı deyildilər. Azərbaycana köməklər oldu, filan və s. Bunlar, əlbəttə, uydurmalardır, bunların hamısı əfsanələrdir. Və istər-istəməz Ermənistan lap əvvəldən bilməli idi ki, onlar uçuruma aparan yola çıxıblar. Heç vaxt onlar uğur əldə edə bilməzlər. Azərbaycan xalqı da heç vaxt onlara o şansı verməyəcək ki, onlar bizə yuxarıdan aşağı baxsınlar, bizim torpaqlarımızı mənimsəsinlər və insanlarımıza zülmlər yaşatsınlar. Bəli, Ermənistanın digər rəhbərliyi də 2018-ci ildə hakimiyyətə gəldikdən sonra o cinayətkar siyasəti həqiqətən də bir müddət davam etdirdi. Daha iş ora çatdı ki, getdi, tost deyib Qarabağda, Şuşada "Qarabağ Ermənistandır, nöqtə" və nə bilim, başqa bu kimi ifadələr işlətdi. Bunların hamısını biz eşitmişdik. Və ola bilsin ki, Nikol Paşinyan həqiqətən də onların siyasi kursunda dəyişiklik etmək istəyirdi, amma gördü ki, o adamyeyənlər, faşist ünsürləri buna imkan verməyəcəklər. Gördü ki, o dəhşətləri dayandıra bilmir, özü də dəhşət törədənlərə qoşuldu və axırda nə oldu, biz bunu bilirik. Və hal-hazırda artıq Ermənistanın indiki vəziyyəti də, bölgədəki yeni şərait də birmənalı şəkildə bildirir ki, Ermənistan bir də gərək o yola qədəm qoymasın. Çünki bunlar artıq birinci dəfə deyil ki, o yanlışlıqlara yol verirlər və həqiqətən də gəlib uçurumun qırağına çatırlar. Azərbaycana çox sağ ol desinlər ki, bizim dövlət başçımız, Prezidentimiz, sonra Ali Baş Komandanımız İlham Əliyev onlara, deyərdim ki, çox alicənab mövqe sərgilədi. Yəni biz onları aşağılamadıq. Müharibə qurtaran kimi Prezident sərəncamlar imzaladı: yol çəkməklə bağlı, su çəkməklə bağlı, kommunikasiya çəkməklə bağlı. Hətta onlara bildirdi ki, gəlin, bir yerdə, birlikdə bizim qurduğumuz şəraitə qoşulun, inteqrasiya layihələrimizdən istifadə etməyə başlayın və siz də dirçəlin.İndi görün, üstündən altı il keçir, hələ də bunlar götür-qoy edirlər. Sanki Azərbaycan bunlara, nə bilim, hiylə dolu bir proqram təklif edir. O dərəcədə bunlar burunlarından uzağı görmürlər, ayaqlarının altını görmürlər ki, hər şeyə, demək olar ki, şübhə ilə yanaşırlar. Belə olduğu halda, əlbəttə, biz zorla bunları tənbeh edə bilmərik".
Politoloq əlavə edib ki, gərək onların özlərinin daxilində elə bir istək olsun ki, necə deyim, əhliləşsinlər, sonra insan keyfiyyətlərinə yiyələnsinlər, alicənablığın nə olduğunu görsünlər, baxıb ibrət götürsünlər:
"Amma biz görürük ki, bunlar bu məsələlərin hamısında çox nalayiq, sonra çox xəstə ruhlu yanaşma sərgiləyirlər və ona görə də onların bizim səviyyəmizə çatmaları üçün xeyli vaxt lazımdır. İndi özlərindən asılıdır: istəyərlər, çatarlar, istəməzlər, çatmazlar. Amma biz zorla onları artıq, nə bilim, yola gətirməyə çalışmayacağıq. Heç bu bizə lazım da deyil. Əlbəttə, burada ermənilərin belə azğınlıq nümayiş etdirməsində xarici təşkilatların da özünəməxsus mənfi rolu oldu. İlk növbədə, burada Avropa Şurası, Avropa Parlamenti, AŞPA və s. – bunların hamısı, demək olar ki, alver meydanına çevrilmiş platformalardır. Orada da, alış-veriş gedir, bu adlarını deputat qoyanların iştirakı ilə, nümayəndələrin iştirakı ilə və onlar lobbiçilikdən çox böyük faydalar əldə edirlər. Ona görə də problemlərin həlli əvəzinə bunlar, əksinə, onları qızışdırırlar ki, həll yolları, sonra alqoritmlər tapılmasın, ya da gec tapılsın.
Aydın məsələdir ki, dürüst bir yanaşma ilə bura gələnlər, yəni bu prosesə qoşulanlar "Biz sizə kömək edərik, millətləri sülhə hazırlayın, Azərbaycanla Ermənistan gərək barışsınlar" və s. kimi şüarlar səsləndirirdilər, çağırışlar edirdilər. Yəni belə, bu kimi şüarlar səslənirdi, çağırışlar səslənirdi, ancaq əslində onlar Azərbaycan xalqının xeyrinə yox, zərərinə işləyirdilər. Çünki çalışırdılar Azərbaycanı aldadaraq bizim torpaqlarımızı birdəfəlik mənimsəsinlər və həm də dünyada göstərsinlər ki, guya erməni varlığı, erməni etnosu böyük bir mədəniyyətə malik etnosdur, onlar öz üstünlüklərini müxtəlif tərzdə nümayiş etdirə bilərlər, həm də döyüş meydanında. Ancaq bu alınmadı və mən deyərdim ki, elə ATƏT-də, AŞPA-da, ATƏT PA-da hamısı üzüqara olaraq qaldılar. Onlar uzaq heç vaxt olmayacaqlar, çünki insanların, xalqların bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq istəyirdilər, qazanc əldə etmək istəyirdilər, sonra lobbiçiliyi çox saxta bir tərzdə həyata keçirirdilər. Belə getməz, belə olmaz. Ona görə də Azərbaycan xalqı axırda öz gücünə inanaraq bütün proseslərin həllinə nail oldu. Bəli, əlbəttə ki, biz bütün dünyaya həmişə səslənirdik ki, görsünlər Cənubi Qafqazda nələr baş verir, Azərbaycanın 20 faiz torpaqlarında hansı qaydanı bunlar yaradıblar. Hər şeyi dağıdaraq, barbarlıq edərək, daşı daş üstə qoymayaraq bizim məscidlərimizi nə günə qoydular, əksəriyyətini sökdülər, digərlərində mal-qara saxlayırdılar. Yəni o dərəcədə bunlar mənfur, sonra mədəniyyətdən uzaq, Allahsız bir məxluqlardır ki, bunlara heç bunların özünü deməyin də mənası yoxdur. İndi də görürsünüz, özlərini elə aparırlar ki, guya bunlar o dəhşətləri həyata keçirməmişdilər, guya onların arxasında, nə bilim, humanoidlər dururdu, ya başqa planetdən gələn məxluqlar. Amma əslində bu, ermənilərin törətdikləri işlər idi və onlar özləri də başa düşürlər ki, insanlığa qarşı, insanlığa zidd, humanizmə zidd dəhşətlər törədiblər. Amma birincisi, cəsarətləri yoxdur ki, öz boyunlarına alsınlar, digər tərəfdən də dünya birliyində ictimai qüvvələri aldadırlar ki, guya bunlar onların işi deyil. Amma hər halda insanların müqayisəli yanaşması var. Onlar müşahidələrdən sonra görürlər ki, bu proseslərin arxasında kimlər durub, niyə Qafqazda Azərbaycan dövlətinin 20 faiz torpağı yerlə-yeksan edilib, niyə indi də biz öz gücümüzə, imkanlarımıza hesabına yenidən o torpaqları bərpa edirik, quruculuq işləri görürük, tikinti işləri aparırıq və sair. Bu, əlbəttə ki, özlərinə bəraət qazandırmaqdan ötrü də edilir. 20 nəfərə yaxın, 19 nəfərdirlər də indi Azərbaycan təcridxanasında cəza çəkənlər, istər Ruben Vardanyan olsun, istər Araik Arutyunyan olsun, digərləri olsun, Babayan olsun, bunların hamısı cinayətkarlardır və özlərinin layiqli cəzalarını alıblar. Və görün onların bu taleyi ətrafında nə qədər saxta ideoloji iş aparılır, sonra kampaniyalar qurulur ki, guya bunlar günahsız adamlardır, guya bunların heç bir qara-qura işi olmayıb. Əvvəla, bütün dünyanın gözü qarşısında bunlar Qarabağda hətta erməni icmasının özünü kazarma rejiminə, belə deyək də, təzyiq altında yaşamağa məcbur edirdilər. O insanlara adam kimi yox, nə bilim, dördayaqlılar kimi baxırdılar, sonra olmazın dəhşətlər törədirdilər, Azərbaycanın faydalı qazıntılarını Qarabazara çıxarırdılar, sonra boz zona yaratmışdılar. Yəni bunlar hamısı yolverilməz işlər idi. Ona görə də Azərbaycan bunlarla bağlı dünya birliyinə səslənirdi. Digər tərəfdən, müvafiq orqanlara, nə bilim, beynəlxalq arbitraja, instansiyaların hamısına biz müraciətlərimizi eləmişdik ki, bilsinlər ki, biz hər şeyi bilirik, görürük. Həm də fəzadan bizim, demək, peyklərimiz var deyə biz hər şeyi sənədlərlə qeydə alıb bunların qarşısına qoyurduq. Bunlar isə görmək istəmirdilər, bilmək istəmirdilər, eşitmək istəmirdilər. Ona görə də elə Prezidentimizin AGEM-in yeddinci forumunda bu prosesi Nürnberqə bənzətməsi yerinə düşür. Çünki faktiki olaraq elə Nürnberq prosesində də qatı cinayətkarlar öz layiqli cəzalarını aldılar: kimlərsə asıldılar, kimlərsə güllələndilər, kimlərsə neçə illik həbsə məhkum edildilər və sair. Və əlbəttə ki, burada da o kiçik Nürnberq prosesi formatı tətbiq olundu. Biz təbii ki, onların hamısına vəkillərlə köməklik göstərdik, vəkillə təminatını həyata keçirdik, amma onların o qədər cinayətləri var idi ki, sağ qalmış insanlarımız onlarla bağlı ifadələr verdilər, adları ilə, tarixləri ilə, təfərrüatları ilə bildirdilər ki, bunlar hansı işlərin arxasında durublar və cinayətləri nədən ibarətdir.
Ona görə də onlar layiqli cəzalarını aldılar.
Belə, demək, həqiqətən də o soyqırımı siyasətini yeridənlər heç vaxt nə qadınlara baxırdılar, nə qocalara, nə də uşaqlara. Onlar üçün insanlar artıq, belə deyək də, hədəfə çevrilirdilər. Bir sözlə, anlamırlar, sözün əsl mənasında qanmırlar ki, insanlara qarşı, ümumiyyətlə, uşaqlara qarşı, qadınlara qarşı, qocalara qarşı davranış yalnız və yalnız humanist ruhda olmalıdır. Ancaq bunlar Azərbaycan xalqının, o cümlədən də qadınlarımızın, xanımlarımızın, uşaqlarımızın bədbəxtliyinə baiskar idilər.
Bunlar elə işlər gördülər ki, uşaqlar həm aclıq yaşadılar, həm öz səhhətlərini itirdilər, insanların bəziləri tələf oldu, sonra bəziləri ömürlük əlil oldu. Yəni bunların heç birini biz unutmarıq, unuda da bilmərik və təbii ki, çalışacağıq bütün platformalardan, ilk növbədə, bu cinayətlərin olduğu kimi adını, nə bilim, parametrlərini – deyirlər ki, hər bir cinayətin arxasında həm ad var, həm soyad var – dünyaya çatdıraq. Ondan sonra adlarını, soyadlarını, gördükləri işlərin parametrlərini hamısını dünyaya çatdırmalıyıq ki, artıq düzgün təsəvvürlər, düzgün biliklər olsun, ermənilərin azərbaycanlılara qarşı hansı dəhşətləri yaşatdıqları və bu işlərin arxasında hansı məkrli məram və niyyətlərin durduğu bilinsin. Əlbəttə ki, biz bu proseslərin hamısını sənədləşdirmişik. Həm prokurorluq orqanlarımız, məhkəmə orqanlarımız, həm də istintaq aparan orqanlarımız hamısı hər şeyi təsbit eləyiblər, artıq sənədləşdiriblər və təbii ki, lazım gələndə biz həmin cinayətkarları sona qədər təqib edəcəyik ki, onları da Bakıdakı məhbusların yanına gətirib çıxaraq".
Tofiq Abbasov əlavə edib ki, bu münaqişələrin, əlbəttə ki, əvvəli var, amma axırı yoxdur və təbii ki, burada beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin rəsmiləri, yüksək səviyyəli məmurları və sair hamısı bunların üzərində işləyirdilər:
"Amma indiki zamanda biz görürük ki, hələ yeni model yoxdur. Yəni model ancaq Azərbaycanın tətbiq etdiyi model ola bilər. Çünki biz Qarabağla bağlı uzun müddət ümidlərimizi Minsk qrupuna bağlamışdıq. Sonra ona bel bağlayanda gördük ki, düzdə qalırıq, çünki Minsk qrupu siyasi alverlə məşğul idi və siyasi turizmlə məşğul idi. Biz bir şeyi həmişə demişik, deyəcəyik də. Dünya nizamı indi də var, dünən də olub. Onu şübhə altına qoyanlar o adamlardır, o dairələrdir ki, onlar, belə deyək, çərçivədən kənara çıxmağı özləri üçün borc bilirlər və deyirlər ki, bizə bu olar, başqalarına olmaz. Nə qədər ki yeni nizam yaradılmayıb, köhnə nizam qüvvəsini saxlayır. Ona görə də biz o qüvvəsini saxlayan normaların əsasında öz işimizi çox konstruktiv, rasional bir tərəfdə qurduq. Ona görə də həm əks-hücum əməliyyatımız, həm də antiterror tədbirlərimiz vaxtında həyata keçdi və biz istəklərimizə nail olduq. Və Azərbaycan Prezidentinin çıxışından da biz AGEM-də bildik ki, biz öz modelimizi təklif etməklə demirik ki, biz xüsusi bir iş görmüşük. Xeyr, biz qüvvədə olan qanunvericilik bazasından istifadə etmişik: Azərbaycan qanunları, ilk növbədə, beynəlxalq qanunlar, qanunvericilik aktlarının tələbləri, konvensiyaların tələbləri – bunların hamısını nəzərə alaraq elə bir iş gördük ki, burada, həqiqətən də, yalnız Azərbaycana qarşı cinayət törədənlər ya ləğv edildilər, ya da məsuliyyətə cəlb olundular. Digər tərəfdən isə bundan erməni vətəndaşlar, Qarabağda yaşayan insanlar əziyyət çəkmədilər, nə uşaqlar, nə böyüklər, nə xanımlar, heç kəs. Ona görə də mən elə başa düşürəm ki, bu münaqişələrin qarşısını almaqdan ötrü, ilk növbədə, həmişə qüvvədə olan qaydalara fikir vermək lazımdır, onlara riayət etmək də son dərəcə vacibdir. Əks təqdirdə isə, əlbəttə ki, münaqişələr davam etdiriləcək və yeni problemlər yaranacaq, yeni insanlar meydana çıxacaq, yeni cinayətkarlar da özlərini büruzə verəcəklər. Bunların hamısını biz gözləməliyik, amma digər tərəfdən də ayıq-sayıq olmalıyıq ki, lazımsız işlərin qarşısı vaxtında alınsın. Çünki bilirsiniz də, deyirlər, yanğını söndürmək çox çətindir. Əksər hallarda yanğına aparan proseslərin qarşısını almaq lazımdır, çünki onların qarşısını almaq daha yüngüldür, nəinki yanğın artıq baş verdikdən sonra onu söndürmək. Ona görə də hesab edirəm ki, Azərbaycan dövlətinin də bütün yanaşmaları sağlam ruhlu yanaşmalardır. Prezident bu fikirləri AGEM-in yeddinci zirvə görüşündə təsadüfən dilə gətirmədi. Çünki həm biz dünyanı ayıq-sayıq olmağa çağırırıq, digər tərəfdən də bütün birliyə bildiririk ki, bizim heç bir ölkə ilə, heç bir xalqla ədavətimiz yoxdur, heç bir problemimiz yoxdur və biz istəyirik ki, hamı mehriban dolansın. Çünki bizim xeyli sayda faydalı layihəmiz artıq var və biz onları uğurla yerinə yetirmişik. Enerji layihələridir, kommunikasiya, nəqliyyat, daşımalar və sair. Bunlar hamısı artıq bizim əlimizdədir, bir növ həm işlək rıçağa çevrilir, digər tərəfdən də biz göstəririk ki, xalqlar həmişə vahid bir dalğaya köklənəndə onların fəaliyyəti uğurlu olur, nəticələri də gözə çarpır".
Fidan Hacızadə


