Qırğızıstandan Qazaxıstana keçərkən narkotik maddə ilə saxlanılan məşhur azərbaycanlı reper Navai (Navai Bəkirov) barəsində növbəti maddə üzrə məsuliyyət təhlükəsi yaranıb.
Demokrat.az xəbər verir ki, aparılan tibbi analizlərin nəticələrinə əsasən, sənətçinin qanında qadağan olunmuş maddələr aşkarlanıb.
"Korday" sərhəd-keçid məntəqəsində saxlanıldığı an "Mercedes" markalı avtomobili şəxsən idarə edən reperə qarşı Qazaxıstan İnzibati Xətalar Məcəlləsinin 608-ci (Avtomobili narkotik sərxoşluğu vəziyyətində idarəetmə) maddəsi ilə iş qaldırıla bilər. Bu maddə 7 il müddətinə sürücülük hüququndan məhrum edilməni və 15 sutka inzibati həbsi nəzərdə tutur.
Paralel olaraq, polis idarəsi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və satmaq məqsədi olmadan qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi araşdırılır. Bu maddələrlə ifaçını 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Reper hazırda müvəqqəti saxlanma təcridxanasındadır və onun barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.


