Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın Baş naziri Rumen Radev sosial şəbəkə hesablarında açıqlayıb.
Onun sözlərinə görə, Malta bayrağı altında üzən və Ukraynaya məxsus bir gəmiyə 3 dronla hücum edilib.
Gəmidə olan 15 heyət üzvü – 7 ukraynalı və 8 azərbaycanlı xilas edilərək Varna limanına aparılıb.
Digər gəmi isə hücumdan sonra batıb və bir heyət üzvünü xilas etmək mümkün olub.
Xatırladaq ki, ötən həftə Bolqarıstan sahillərində oxşar hadisə qeydə alınmışdı.(qafqazinfo)


