AFB Bank fəaliyyətinin genişləndirilməsi və inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində komandasını böyütməyə davam edir. Bank mikro və aqro kreditləşmə istiqamətində fəaliyyətini gücləndirmək məqsədilə Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərində yeni əməkdaşlar üçün vakansiyalar elan edib.
Yeni vakansiyaların açılması AFB Bank-ın Transformasiya Strategiyası çərçivəsində həyata keçirdiyi inkişaf prosesinin növbəti mərhələlərindən biridir. Bank strategiyası çərçivəsində xidmət şəbəkəsinin və müştəri bazasının genişləndirilməsi, biznes və pərakəndə istiqamətlər üzrə məhsul və xidmətlərin inkişaf etdirilməsi, eləcə də müştərilərə daha yaxın və çevik bankçılıq təcrübəsinin formalaşdırılması üzərində çalışır.
Bankın inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi xüsusi yer tutur. AFB Bank böyüyən biznesin qarşısında duran yeni çağırışlara cavab verə biləcək, müştəri yönümlü yanaşmanı mənimsəyən və peşəkar inkişafda maraqlı olan əməkdaşlardan ibarət komandanın formalaşdırılmasını prioritet hesab edir.
Hazırda bank Mikro kreditlər üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri üzrə yeni əməkdaşlar axtarır. Vakansiya, tələblər və müraciət qaydası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:
Uyğun namizədlər CV-lərini mövzu sətrində "Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis" qeyd etməklə cv@afb.az elektron poçt ünvanına göndərə bilərlər.
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: AFB Bank
Məlumat Mərkəzi: 1545


