Çexiya Bakının ictimai nəqliyyat sisteminin, o cümlədən metropoliten və tramvay şəbəkəsinin modernləşdirilməsi, eləcə də Orta Dəhlizin təşviqi, Ələtdəki logistika mərkəzinin inkişafı və aviasiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçirir.
Demokrat.az report-a istinadla xəbər verir ki, bunu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.



