Şou-biznes

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış sənətçisi Sezen Aksu səhhəti ilə bağlı xəstəxanaya müraciət edib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni İstanbulun Nişantaşı ərazisindəki özəl tibb müəssisələrindən birində tibbi müayinədən keçib. Müayinə zamanı Aksuya biopsiya proseduru tətbiq olunub.

Sənətçi bir neçə gün həkimlərin nəzarətində saxlanıldıqdan sonra xəstəxanadan evə buraxılıb.