Siyasət

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"İcazə verin, hörmətli İlham Əliyevi 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə ilk sədrliyi Azərbaycanın qəbul etməsi münasibətilə səmimi qəlbdən təbrik edim. Əminəm ki, Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası lazımi dəstəyi göstərməyə və Azərbaycanın sədrlik prioritetlərinin uğurla həyata keçirilməsinə kömək etməyə hazırdır", - S.Japarov bildirib. (report)