Hadisə

Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü

Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü

Bakıda avtobusun qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb.

Elmar Gülbaba oğlu Hüseynov idarə etdiyi "Daewoo" markalı avtobusla hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində E.Qədimov bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.