Maraqlı

Evdən çıxarkən hər dəfə nələri etmək lazımdır?

Evdən çıxarkən hər dəfə nələri etmək lazımdır?

Elektrik çaydanı, ütü, ayaqqabı qurudan cihaz, qızdırıcı və digər qızdırıcı elementləri olan məişət cihazlarını evdən çıxarkən sadəcə söndürmək kifayət deyil. Onların elektrik ştepselini də rozetkadan çıxarmaq lazımdır.

Demokrat.az xəbər verir ki, bu barədə elektrikçi Yevgeni Şişkin Lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.

Onun sözlərinə görə, elektrik cihazlarını heç bir halda nəzarətsiz şəkildə rozetkada saxlamaq olmaz. Ekspert qeyd edib ki, bu qaydaya əməl edilməməsi yanğına səbəb ola bilər.

"Fen, saç buran cihaz və qızdırıcı elementləri olan digər qurğuları da istifadədən dərhal sonra şəbəkədən ayırmaq daha yaxşıdır", deyə Şişkin tövsiyə edib.

O bildirib ki, hətta "ağıllı ev" sistemi də yanğından tam qorunmağa zəmanət vermir. Nasazlıq baş verdiyi halda avtomatik sistemdə də problem yarana bilər.

Jalə