Maraqlı

Bu dualar daha tez qəbul olur

Bu dualar daha tez qəbul olur

Yağış yalnız təbiət hadisəsi deyil. İslam mənbələrində yağış yağan vaxt dua üçün xüsusi anlardan biri hesab olunur.

Demokrat.az xəbər verir ki, Həzrət Məhəmmədin (s.ə.s.) hədisində yağış yağarkən edilən duanın geri çevrilməyən dualardan olduğu bildirilir.

Hədisdə deyilir:

"İki dua vardır ki, geri qaytarılmaz: azan verilərkən və yağış yağarkən edilən dua."

Yağış başlayanda bu duanın oxunması tövsiyə edilir:

"Allahummə sayyibən nafiən."

Mənası: "Allahım! Bu yağışı faydalı et."

Yağışdan sonra isə:

"Mutirnə bi-fəzlillahi və rahmətihi."

Mənası: "Allahın lütfü və mərhəməti ilə bizə yağış yağdırıldı."

Beləliklə, yağış yağan zaman dua etmək İslam ənənəsində tövsiyə olunan əməllərdəndir.

Jalə