Bəzi insanlar hisslərini və narazılıqlarını birbaşa ifadə etmək əvəzinə, eyhamlarla çatdırmağı üstün tutur. Bir cümlə, baxış və ya kiçik bir sükutla qarşı tərəfə demək istədikləri hər şeyi anlatdıqdan sonra isə klassik ifadəni işlədirlər: "Mən heç nə demədim ki!"
Astroloji yanaşmaya görə, bu xüsusiyyət bəzi bürclərdə daha qabarıq görünür. Onlar fikirlərini açıq şəkildə söyləməkdənsə, sözlərin arasına gizlətməyi, sükutla mesaj verməyi və ya incikliyini dolayı yolla göstərməyi seçirlər.
Bəs heç nə demədən hər şeyi anlatmağı bacaran 4 bürc hansılardır?
Tərəzi
Tərəzilər mübahisədən və gərginlikdən uzaq durmağa çalışırlar. Qarşı tərəfi incitmək istəməsələr də, narazı qaldıqları məqamları tamamilə içlərində saxlamırlar.
Onlar fikirlərini çox vaxt zarafat, nəzakətli irad və ya sual formasında çatdırırlar. Məsələn, "Məncə, çox gözəl alınıb, amma..." deyərək əslində fikirlərini kifayət qədər aydın şəkildə ifadə edə bilərlər.
Lakin qarşı tərəf bu sözlərin mənasını soruşduqda Tərəzinin cavabı hazırdır: "Məni səhv başa düşdün, mən heç nə demədim."
Əqrəb
Əqrəblərin mesaj verməsi üçün uzun-uzadı danışmağa ehtiyacı yoxdur. Bir baxış, yarımçıq təbəssüm və ya sadəcə "Hmm, maraqlıdır" demələri belə kifayət edə bilər.
Onların səssizliyi də bəzən sözlər qədər mənalı olur. Qarşı tərəf nə demək istədiklərini soruşduqda isə məsuliyyəti üzərilərindən ataraq belə deyə bilərlər:
"Mən heç nə demədim. Sən belə başa düşmüsənsə, deməli, bir bildiyin var."
Əqrəblər bəzən söylədiklərindən daha çox, söyləmədikləri ilə mesaj verirlər.
Qız
Qız bürcü nümayəndələri tənqidi birbaşa ifadə etməkdənsə, onu məsləhət formasında təqdim etməyə meylli hesab olunur.
"Mən olsaydım, belə edərdim, amma sən bilərsən" və ya "Bu da bir üsuldur" kimi ifadələr onların ən çox istifadə etdiyi dolayı mesajlardan ola bilər.
İradlarının qarşı tərəfi incitdiyini gördükdə isə çox vaxt "Mən sadəcə fikrimi bildirdim" deyə izah verirlər.
Detallara xüsusi diqqət yetirən Qız bürcü bəzən ən kiçik məqamı belə görür və bunu qarşı tərəfə hiss etdirmədən keçmir.
Xərçəng
Xərçənglər hisslərini birbaşa söyləməkdənsə, onları sitem və eyhamla ifadə etməyi seçə bilərlər.
"Əlbəttə, sən yorğunsan", "Heç nə deyil, onsuz da öyrəşmişəm" kimi cümlələr onların incikliyini ifadə edən klassik nümunələrdir.
"Nəyin var?" sualına isə çox vaxt "Heç nə yoxdur, mən heç nə demədim ki" cavabını verirlər.
Əslində isə bu sözlərin arxasında uzun müddət yığılıb qalmış incikliklər dayana bilər. Xərçəng qarşı tərəfin onu özü anlamasını və hisslərini fərq etməsini gözləyə bilər.


