Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, dünən rayon sakini 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı Quba şəhər SUM-12 yaşayış massivindəki fərdi evində qazdan zəhərlənib.
Evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənən şəxs hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


