Türkiyənin Mersin şəhərində korrupsiya araşdırması çərçivəsində 3 bələdiyyədə əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, Mersin Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsi, Yenişehir və Mezitli bələdiyyələrinə eyni vaxtda əməliyyat təşkil olunub.
Əməliyyat zamanı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncerin də aralarında olduğu 59 şübhəli saxlanılıb.
İstintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsində aparılan araşdırmalar zamanı 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min türk lirəsi məbləğində dövlət zərərinin müəyyən edildiyi bildirilib.
Əməliyyat və araşdırmanın digər detalları ilə bağlı rəsmi qurumların açıqlamasının gözlənildiyi qeyd olunur.


Jalə


