Qabığı ilə bişmiş kartof bir çox insanın sevimli qarnirlərindən biridir. Aşpaz Sılviya Fonteynin sözlərinə görə, belə kartofun hazırlanmasında əsas məqam duzdur. Ancaq söhbət adi duzdan deyil, dəniz və ya koşer duzundan gedir.
Demokrat.az xəbər verir ki, bu barədə "Express" yazır.
Məsələn, dəniz duzundan istifadə edildikdə qabığı ilə bişmiş kartof sobadan daha dadlı və xırtıldayan çıxır.
"Duzdan istifadənin məntiqi ondan ibarətdir ki, o, təbii şəkildə nəmi özünə çəkir, artıq suyu aradan qaldırır və qabığın yaxşı qızarmasına imkan verir. Nəticədə kartof sərtləşmədən iştahaaçan xırtıldayan qabıq əmələ gəlir", deyə materialda qeyd olunur.
Duzdan əlavə, bir qədər yağ da lazım olacaq. Xüsusilə ekstra vircin zeytun yağı kartofa daha incə və zəngin dad verir.
"Bu üsulla qabığı ilə kartof hazırlamağın ən çətin tərəfi bişmə prosesində səbirli olmaq idi. Lakin buna dəyərdi. Qabıqda yaranan duz təbəqəsi kartofun dadını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı", deyə nəşrdə vurğulanır.
Mütəxəssislərin sözlərinə görə, əvvəlcə kartofları çəngəllə ən azı üç yerdən deşmək lazımdır. Bu, buxarın çıxmasına və kartofun sobada partlamasının qarşısının alınmasına kömək edir.
Daha sonra kartofun hər tərəfini yaxşı örtəcək şəkildə üzərinə zeytun yağı sürtmək və bol miqdarda dəniz duzu ilə ovmaq lazımdır.
Kartofun üstü gözəl qızılı rəng aldıqda sobanı söndürmək, lakin kartofları daha 5 dəqiqə sobanın içində saxlamaq məsləhətdir. Bu, qabığın daha da xırtıldayan olmasına kömək edəcək.
Sonda isti kartofu dəsmal vasitəsilə ehtiyatla sıxmaq, içini çəngəllə yumşaltmaq və üzərinə bol miqdarda kərə yağı əlavə etmək olar.
Mütəxəssislər həmçinin çiy əti soyuducuda harada saxlamağın daha düzgün olduğunu izah ediblər. Onların sözlərinə görə, ətin düzgün saxlanılması onun təravətini və keyfiyyətini qorumağa, həmçinin mətbəxdə təhlükəsizliyi təmin etməyə imkan verir.
Bundan başqa, alimlərin giləmeyvələrdə əzələlərin yağ yandırmasına kömək edə bilən bir birləşmə aşkarladığı da bildirilib. Laboratoriyada siçanların əzələ hüceyrələri üzərində aparılan tədqiqat zamanı həmin maddənin toplanmış yağın parçalanmasını gücləndirərək yağ yığılmasını azaltdığı müəyyənləşdirilib.
Jalə

