Siyasət

MSK İmamverdi İsmayılovun dairəsində şikayətə baxdı – QƏRAR

MSK İmamverdi İsmayılovun dairəsində şikayətə baxdı – QƏRAR

Mərkəzi Seçki Komissiyasının iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Anar Əsədlinin şikayətinə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, iclasda bildirilib ki, bu şikayətə baxılma səlahiyyəti hələlik Dairə Seçki Komissiyasına məxsusdur.

Buna görə də qərara alınıb ki, müraciət müvafiq DSK-ya göndərilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.

D
demokrat.az