Dünya

Türkiyə xalqı bu ölkəni ən yaxın hesab edir — Sorğu

Türkiyə xalqı bu ölkəni ən yaxın hesab edir — Sorğu

Türkiyə vətəndaşları ölkəyə ən yaxın müttəfiq kimi Azərbaycanı görür. "ASAL Araştırma" mərkəzinin apardığı son sosioloji tədqiqat bu həqiqəti növbəti dəfə üzə çıxarıb.

Sorğuda iştirak edənlərin yarıdan çoxu, yəni 56,5 faizi Azərbaycanı birinci sıraya qoyub. İkinci yerdə 50,2 faizlə Yaponiya bərqərar olub. Çin 48 faiz göstərici ilə üçüncüdür. İtaliya 46,7 faiz, Rusiya isə 38,4 faiz səs toplayaraq ilk beşliyi tamamlayır.

Tədqiqat zamanı Türkiyə cəmiyyətinin təhlükə gördüyü dövlətlər də aydınlaşıb. Sorğu iştirakçılarının 83 faizi İsraili ilk düşmən ölkə sayır. ABŞ 74,6 faizlə ikinci sırada qərarlaşıb. Yunanıstan 61,5 faiz, İran 51,7 faiz, Fransa isə 48,4 faiz göstərici ilə siyahıda yer alıb.

Beləliklə, Türkiyə cəmiyyəti xarici siyasətdə ən etibarlı tərəfdaş kimi yenə də Azərbaycanı seçib.

Demokrat.az

D
demokrat.az