Türk şoumen Mehmet Ali Ərbil ötən gün Eşref Maslakda mətbuat konfransı keçirib.
Demokrat.az xəbər verir ki, şoumen tamaşanın məzmunu barədə açıqlaması ilə jurnalistləri güldürüb:
2Həyatıma daxil olan qadınları danışmaq 1,5 saatlıq tamaşaya sığar? Mən belə bir şeyi danışacaq olsam, iki mövsümlük, 78 seriyalı serial olar. Adı da bəllidir: "Aşk-ı Memnu".
Məşhur şoumen sözlərini belə davam etdirib: "Prodüserimizə dedim ki, gəlin, gözlənilməz edək, qadınlardan heç danışmayaq. Bilirsiniz, nə dedi? “Bəs onda nə danışacaqsan, abi?” Ayıbdır, axı mənim bu qədər teatr və kino təcrübəm var. Amma sonda qərar verdim: tamaşanın 80 faizində həyatıma daxil olan qadınlardan danışıram”.
Mehmet Ali Ərbil ürək tutması keçirdiyi barədə yayılan iddianı da zarafata salıb: “Sizdən öyrəndim, deməli, ürək tutması keçirmişəm! Allaha şükür, elə bir şey yoxdur”.
Jalə Demokrat.az


