Maraqlı Özəl

Həddindən artıq zülal istehlakı faydalı olmaya bilər

Həddindən artıq zülal istehlakı faydalı olmaya bilər

Zülallı pudinqlər, barlar, içkilər və digər məhsullar son illər xüsusilə əzələ yığmaq və uzun müddət tox qalmaq istəyənlər arasında geniş yayılıb. Lakin 2026-cı ildə yayımlanan genişmiqyaslı icmal göstərib ki, daha çox zülal qəbul etmək hər zaman daha yaxşı nəticə verməyə bilər.

Demokrat.az xəbər verir ki, Viskonsin-Medison Universitetinin tədqiqatçıları zülal istehlakı, qocalma və metabolizmlə bağlı 350-dən çox elmi araşdırmanı təhlil ediblər. Nəticələrə görə, xüsusilə az hərəkətli həyat tərzi keçirən şəxslərin orqanizmin ehtiyacından artıq zülal qəbul etməsi uzunmüddətli perspektivdə əlavə fayda verməyə bilər.

Araşdırmada zülalın miqdarı ilə yanaşı, onun tərkibindəki amin turşularının da əhəmiyyətli olduğu vurğulanıb. Xüsusilə metionin, izolöysün və valinin azaldılması müxtəlif tədqiqatlarda daha sağlam metabolizm və uzunömürlülüklə əlaqələndirilib.

Tədqiqatçılar bildirirlər ki, nəticələr zülaldan tamamilə imtina etmək anlamına gəlmir. Əsas məsələ orqanizmin ehtiyacını ödəyəcək qədər zülal qəbul etmək və xüsusilə fiziki aktivliyi aşağı olan şəxslərdə əlavə zülal məhsullarından həddindən artıq istifadə etməməkdir.

Demokrat.az

D
demokrat.az