Rusiyalı siyasətçi və Kremlin ideoloqu Aleksandr Dugin Ukrayna paytaxtının ələ keçirilməsi ilə bağlı sensasion fikirlər səslndirib.
Demokrat.az-ın məlumatına görə, Kremlin ideoloqu öz "Telegram" kanalında Ukrayna paytaxtının "yaxın aylarda" ələ keçiriləcəyini proqnozlaşdıran qısa bir bəyanat yayıb.
"Kiyev yaxın aylarda ələ keçiriləcək", - deyə Dugin yazıb.
Bu açıqlamadan əvvəl Rusiya xəbər agentliyi RİA Novosti də bir məlumat yaymışdı. Xəbərdə iddia edilirdi ki, guya Ukrayna hakimiyyəti "dövlət qurumlarının rəsmi sənədlərini Kiyevdən çıxarmağa başlayıb". Ria Novosti"nin materialında həmçinin bildirilirdi ki, Kiyev hakimiyyəti yüksək vəzifəli məmurların ailələriniailələrini şəhərdən təxliyəyə hazırlamağı tövsiyə edib.
Rusiya dövlət qurumu bu məlumat üçün heç bir fakt və sübut təqdim etməyib. Agentlik "gizli məlumatlara" istinad edib. Duqin də görünür, bu "xəbəri" Ukrayna paytaxtının ələ keçirilməsi ilə bağlı daha bir sensasion açıqlama kimi şərh etmək qərarına gəlib.
Alparslan Demokrat.az


