Sosial

Emin Əmrullayev: PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur

Emin Əmrullayev: PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur

PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

O qeyd edib ki, Azərbaycanın PISA nəticələri üzrə göstəriciləri sıçrayışdır:

"PISA nəticələrimizlə bağlı yaxşı xəbərlərdə ən böyük pay müəllimlərindir. Bugünkü nəticələrə əsasən ciddi artımdan danışırıqsa, bu, Azərbaycan müəllimlərinin uğurudur".

Nazir vurğulayıb ki, PISA müəllim faktorundan əlavə digər amilləri də ölçür:

"Tədqiqat nəticələrini ölçmək və bu nəticələr əsasında araşdırmalar aparmaq isə alimlərin işidir. Biz çox istərdik ki, alimlər bu istiqamətdə tədqiqatlar aparsınlar".

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə açıqlanan PISA nəticələri ilə müqayisədə hazırda 63 ballıq ümumi artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir. Nəticələrə görə, Azərbaycan ölkə olaraq ən yaxşı 50 ölkə arasındadır.

Demokrat.az

D
demokrat.az