Ukrayna sentyabrın 5-dən 8-dək davam edəcək dördgünlük atəşkəs elan edib.
“Ukrayinska Pravda”nın məlumatına görə, atəşkəs rejimi sentyabrın 5-də saat 00:00-da qüvvəyə minib və sentyabrın 8-də saat 23:59-da başa çatacaq. Bununla bağlı müvafiq əmr artıq ordu bölmələrinə çatdırılıb.
Qərara əsasən, Ukrayna hərbçiləri qeyd olunan müddət ərzində atəşkəs rejiminə əməl etməlidirlər.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin sentyabrın 6-da Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planını müzakirə etmək üçün Moskvaya səfər edəcəkləri bildirilir.


