Şou-biznes

“5-10 dəqiqəlik yerə 1 saata çatırıq” — Tıxacdan gileyləndi

“5-10 dəqiqəlik yerə 1 saata çatırıq” — Tıxacdan gileyləndi

Aktyor Elcan Rəsulov Bakıda son günlər müşahidə olunan tıxaclarla bağlı narazılığını ifadə edib.

Demokrat.az xəbər verir ki, sənətçi sosial şəbəkədə son vaxtlar şəhərdə yaranan sıxlığın səbəbini anlamadığını bildirib:

"Məni qınamayın, Bakıda adam çoxalıb. Ya nəsə baş verir, bilmirəm. İki gündür qəribə-qəribə tıxaclar var. Saatlarla yolda qalırsan. 10-15 dəqiqəlik məsafəyə 1 saatdan çox vaxta çatırsan. Hələ bəzi məktəblər başlayıb, bəziləri yox. Nədən olar?”.

Demokrat.az

D
demokrat.az