Kriminal Özəl

Xaşa-Xunada gecə yarı baş verən davanın detalları üzə çıxdı

Xaşa-Xunada gecə yarı baş verən davanın detalları üzə çıxdı

Bakının Xəzər rayonunda gecəyarısı iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tahir gecəyarısı tanışı Tərlan (adlar şərtidir – red.) ilə orada yerləşən “Avro” marketin qarşısında mübahisə edib.

Aralarında yaranan mübahisə zamanı o, yumruqla Tərlanın sifət nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az