Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış eвши. Xüsusilə vacib məqamdır ki, bu təşəbbüs məhz Mehriban xanım tərəfindən irəli sürülüb
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. 
Onun sözlərinə görə, yeni modelin ən mühüm xüsusiyyətlərindən biri əməkhaqlarının ixtisas, iş yükü, fəaliyyət nəticələri və regionlarda kadr çatışmazlığı nəzərə alınmaqla diferensial şəkildə artırılmasıdır.
"Ailə və sahə həkimlərinin, təcili tibbi yardım əməkdaşlarının, anestezioloq-reanimatoloqların və digər mühüm ixtisas sahiblərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması bunun konkret göstəricisidir. Bəzi ixtisaslar üzrə artımın 100 faizdən çox olması dövlətin problemli sahələrə hədəflənmiş yanaşmasını nümayiş etdirir. Xüsusilə regionlarda çalışan həkimlər üçün əlavə maliyyə stimullarının yaradılması çox vacibdir. Bu gün əsas məsələlərdən biri həkimlərin ölkə üzrə qeyri-bərabər yerləşməsidir. Regional əmsalların və əlavə ödəniş mexanizmlərinin tətbiqi ixtisaslı tibbi kadrların bölgələrdə işləməsini daha cəlbedici edəcək. Bu isə nəticə etibarilə regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişlənməsi deməkdir".
Tahir Mirkişili əlavə edib ki, Mehriban xanım Əliyevanın sosial məsələlərə, xüsusilə səhiyyə və insan sağlamlığına daim xüsusi həssaslıq göstərməsi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur.
"Bu təşəbbüs də həmin yanaşmanın davamıdır. Dövlət yalnız yeni xəstəxanalar tikmir və tibbi infrastrukturu yeniləmir, eyni zamanda bu sistemin əsas dayağı olan insanlara həkimlərə, tibb bacılarına və digər tibb işçilərinə investisiya qoyur. Hesab edirəm ki, bu qərara sadəcə növbəti əməkhaqqı artımı kimi baxmaq düzgün olmaz. Bu, eyni zamanda səhiyyədə insan kapitalının gücləndirilməsinə, peşəkarlığın təşviqinə və regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş ciddi struktur addımdır. Nəticədə qazanan yalnız tibb işçisi deyil. Əsas qazanan Azərbaycan vətəndaşı və bütövlükdə ölkənin səhiyyə sistemi olacaq", - deyə deputat fikrini tamamlayıb.
Nuray Paşşanlı Demokrat.az


