Türkiyənin pop musiqi səhnəsinin tanınmış simalarından olan Atiye dördüncü dəfə ana olub. Müğənni həyat yoldaşı Erol Sebebci ilə birlikdə daha bir qız övladının sevincini yaşayıb.
Şəxsi həyatını mümkün qədər mediadan uzaq saxlamağa çalışan Atiye 2018-ci ildə prodüser Erol Sebebci ilə Almaniyada ailə qurub. Cütlüyün bu evlilikdən artıq üç qız övladı var.
Atiye ötən aylarda dördüncü dəfə ana olacağını açıqlamış və ailəsinin daha da böyüyəcəyini bildirmişdi. Müğənninin qız övladı gözlədiyi xəbəri pərəstişkarları tərəfindən də böyük maraqla qarşılanmışdı.
Gözlənilən xəbər nəhayət təsdiqlənib. Atiye dördüncü qızını dünyaya gətirib və yeni doğulan körpəsini qucağına alıb.
Müğənninin daha əvvəl böyük ailə arzusunda olduğunu dilə gətirdiyi bildirilirdi. Dördüncü övladının dünyaya gəlməsi ilə onun ailəsində qız uşaqlarının sayı dördə çatıb.
Atiye və Erol Sebebci körpələrinə İmany adını veriblər. Demokrat.az


