Sosial

Sabah bu yollarda sıxlıq ola bilər — Təmir gedir

Sabah bu yollarda sıxlıq ola bilər — Təmir gedir

Bakının bir neçə küçə və prospektində təmir-bərpa işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzərdə Türkan-Hövsan şosesində, Suraxanıda isə Elzar Yusubov küçəsində yenilənmə işləri aparır.

Bununla yanaşı, sentyabrın 1-i saat 09:00-dan başlayaraq Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsi də təmirə bağlanacaq.

İşlərin gedişatından asılı olaraq göstərilən ünvanlarda maşınların hərəkəti hissə-hissə və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir yekunlaşana qədər qüvvədə qalacaq. Sürücülərə qabaqcadan alternativ yolları seçmək tövsiyə olunur.

Demokrat.az

D
demokrat.az