Bəzi insanlar hobbilərini sadəcə asudə vaxt məşğuliyyəti kimi saxlayır, digərləri isə sevdikləri işi gəlir gətirən peşəyə çevirməyi bacarırlar. Numerologiya və astrologiyaya görə, müəyyən tarixlərdə doğulan insanların bu istiqamətdə daha uğurlu olduğu iddia edilir.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" yazıb.
Mütəxəssislərin numeroloji şərhlərinə görə, ayın 1-i, 3-ü, 5-i və 17-də doğulanlar sevdikləri məşğuliyyəti karyeraya çevirmək üçün müəyyən üstünlüklərə malik hesab olunurlar.
Ayın 1-də doğulanlar – təbii sahibkarlar
Ayın 1-də doğulanların təşəbbüskar, müstəqil və risk etməyə daha meyilli olduqları düşünülür. Numerologiyada 1 rəqəmi liderlik və yenilikçiliklə əlaqələndirilir. Bu səbəbdən belə insanların öz bizneslərini quraraq maraq dairələrini gəlir mənbəyinə çevirməyə daha həvəsli olduğu iddia edilir.
Ayın 3-də doğulanlar – yaradıcı insanlar
3-də doğulanlar yaradıcılıq və ünsiyyət bacarıqları ilə fərqlənən insanlar kimi xarakterizə olunur. Onların özlərini ifadə etməyə ehtiyac duyduqları, incəsənət və digər yaradıcı sahələrə meylli olduqları bildirilir. Bu səbəbdən sevdikləri yaradıcılıq fəaliyyətini peşəyə çevirmələri daha mümkün hesab edilir.
Ayın 5-də doğulanlar – yenilik axtaranlar
5-də doğulan insanların dəyişiklikləri sevdiyi, riskdən çəkinmədiyi və yeni imkanları tez fərq etdiyi düşünülür. Onlar bir istiqamətdə ilişib qalmaq əvəzinə yeni sahələri sınamağa meylli olurlar. Bu xüsusiyyətin isə gəlir gətirən yeni hobbi və məşğuliyyətlər kəşf etmələrinə kömək etdiyi iddia edilir.
Ayın 17-də doğulanlar – peşəkarlığa can atanlar
17-də doğulanlar səbirli və öz bacarıqlarını davamlı inkişaf etdirməyə meyilli insanlar kimi təqdim olunur. Numeroloji şərhə əsasən, bu tarixdə doğulanlar uğurun sürətli yollardan deyil, uzunmüddətli zəhmət və əzmkarlıqdan keçdiyini düşünürlər. Buna görə də sevdikləri sahədə illərlə çalışaraq hobbilərini peşəyə çevirmək potensiallarının yüksək olduğu bildirilir.
Beləliklə, numerologiyaya əsasən 1, 3, 5 və 17-də doğulanlar hobbilərini gəlir gətirən fəaliyyətə çevirməyə daha meyilli insanlar hesab olunur.
Jalə Demokrat.az


