Siyasət

Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb — DİN-dən AÇIQLAMA

Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb — DİN-dən AÇIQLAMA

Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Bu barədə Demokrat.az-aDaxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

"Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb", - DİN-dən bildirilib.

Demokrat.az

D
demokrat.az