Müğənni Cavad Rəcəbov son zamanlar müzakirələrə səbəb olan "Balaca kişi" mahnısı haqqında səsləndirilən tənqidi fikirlrə münasibət bildirib.
Sənətçi "Ölkə.Az"-a açıqlamasında qeyd edib ki, tənqidlər ədalətli deyil və onu istəməyən insanların işidir:
“Axı niyə tənqid olunmalıdır? Bu mahnını mən 2018 - ci ildə ifa etmişəm. İndi niyə yadlarına düşüb ki? Burada qəbahət bir məsələ yoxdur. Sünnət bizə İbrahim peyğəmbərdən qalan bir adətdir və bu adəti bizə Məhəmməd peyğəmbər də tövsiyyə edib. Mən də bu barədə mahnı ifa etmişəm. Sünnət müsəlman olmağın birinci qaydasıdır. Onu kim necə başa düşürsə, şəxsi işidir”,- deyə müğənni bildirib.
İfaçı bu söz-söhbətin yayılmasında onun uğurlarını həzm edə bilməyən insanları günahlandırıb.
“Mən düşünürəm ki, bu yersiz söz - söhbətlərin, tənqidlər yayılmasında, məni istməyən paxıl insanların işidir. Niyə, axı 2 ildən sonra bu mahnı yadlarına düşdü? Tənqid edirdilərsə, elə mahnı çıxanda edərdilər. Düşünürəm ki, bu, mənə qarşı olan qarayaxma kampaniyasından başqa bir şey deyil”,- deyə C. Rəcəbov vurğulayıb.
Qeyd edək ki, ifaçının “Balaca kişi” mahnısında olan sözlər bəzi izləyicilər tərəfindən qeyri-etik adlandırılaraq, tənqid olunur.


