Maraqlı Özəl

Bu tarixlərdə doğulanların keçmişdə kral nəslindən ola bilər

Bu tarixlərdə doğulanların keçmişdə kral nəslindən ola bilər

Numeroloqlar ayın müəyyən günlərində doğulan insanların xarakterində keçmişdə kral və ya hökmdar nəslinə aid olduqlarını göstərən xüsusiyyətlərin olduğunu iddia edirlər. Bu yanaşmaya görə, dörd doğum tarixi qrupu xüsusi olaraq seçilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Parade" yazıb.

1, 10, 19 və 28-də doğulanlar

Bu tarixlər Günəşlə əlaqələndirilir. Numeroloqlar belə insanların özünəinamlı, ambisiyalı və xarizmatik olduğunu bildirirlər. Onların liderlik etməyə və diqqət mərkəzində olmağa meyilli olduqları, buna görə də keçmişdə hökmdar olmuş ola biləcəkləri düşünülür.

2, 11, 20 və 29-da doğulanlar

Bu qrup Ayla əlaqələndirilir. Belə insanların emosional, intuisiyası güclü, ailəsinə və doğma torpağına bağlı olduğu iddia edilir. Numeroloqlar onların keçmişdə xalqın problemləri ilə maraqlanan və onları həll etməyə çalışan hökmdarlar ola biləcəyini düşünürlər.

5, 14 və 23-də doğulanlar

Bu tarixlər Merkuri ilə əlaqələndirilir. Numerologiyaya görə, həmin günlərdə doğulanlar güclü ünsiyyət və inandırma qabiliyyətinə malikdirlər. Onların təsirli çıxışları ilə insanları arxasınca apara bildiyi və bu xüsusiyyətin keçmiş hökmdarlara xas olduğu iddia olunur.

8, 17 və 26-da doğulanlar

Bu qrup Saturnla əlaqələndirilir. Numeroloqlar belə insanları intizamlı, məsuliyyətli, zəhmətkeş və ənənələrə hörmət edən şəxslər kimi xarakterizə edirlər. İddialara görə, məhz bu xüsusiyyətlər onları keçmişdə ölkə idarə edən hökmdar obrazına yaxınlaşdırır.

Jalə Demokrat.az

D
demokrat.az