ATV ekranlarında böyük maraqla izlənən ABİ serialının aktyor heyətinə Bergüzar Korel də daxil olub.
Demokrat.az xəbər verir ki, serialda "Sefa" obrazını canlandıran Mert Demirci yeni mövsümlə bağlı açıqlamalar verərək Korelin layihəyə qoşulmasını yüksək qiymətləndirib.
Yeni mövsüm hazırlıqları davam edən ABİ serialında Kenan İmirzalıoğlunun yeni tərəf müqabilinin Bergüzar Korel olacağı açıqlanıb. Afra Saraçoğlunun layihədən ayrılmasından sonra onun yerini Korelin tutduğu bildirilib.
Serialın ikinci mövsümündə rejissor kürsüsündə Yağız Alp Akaydın əyləşəcək, ssenarini isə Ertan Kurtulan yazacaq. Bergüzar Korelin layihədəki rolu da müəyyənləşib.
Serialın ilk mövsümündə "Sefa" obrazı ilə diqqət çəkən Mert Demirci ikinci mövsümlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Aktyor Bergüzar Korelin komandaya qoşulmasının seriala yeni enerji gətirəcəyini bildirib:
“Bizim üçün çox yaxşı bir güc olacaq. Çünki əslində son vaxtlar axtardığımız enerjiyə də ehtiyacımız var idi. Hazırda həmin enerjini yaxaladığımızı düşünürəm. Heyətdə daha bir çox ad olacaq. Mənim ABİ serialına inamım çox böyük idi. Hələ də çox böyükdür. Bergüzar Korellə bunu daha da gücləndirəcəyik. İkinci mövsümə sanki tamamilə fərqli bir layihə kimi başlayırıq. Hər şey elə bil yenidən başlayır. Aktyor heyətimiz, ssenarimiz olsun, hazırda serialın enerjisi daha fərqli hal alıb. Çox həyəcanlıyıq. Sanki birinci mövsümdən başlayırmışıq kimi hiss edirik".
Jalə Demokrat.az


