Müğənni Dəniz Əsədova həmkarı Afət Fərmanqızına qarşı sərt ittihamlar səsləndirib.
Demokrat.azxəbər verir ki, sənətçi BTV-yə açıqlamasında Afət Fərmanqızının Rusiyada yaşamasından bəzi məsələlərdə sui-istifadə etdiyini iddia edib. Dənizhəmkarının Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
O bildirib ki, Afət Fərmanqızı sənətçiləri cəmiyyətə yanlış formada təqdim edir və onları əxlaqsızlıqda ittiham edən fikirlər səsləndirir.
"Afət Fərmanqızı adlı qadın Rusiya dövlətinə köçərək orada yaşamasından sui-istifadə edir. O, bizi cəmiyyətə əxlaqsız kimi təqdim edərək bildirir ki, biz dünyaya qeyri-rəsmi övlad gətirmişik", - deyəƏsədova bildirib.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Milli.az)
Demokrat.az


