Siyasət

Bütün müraciətlərə qanuni qaydada cavab verilir — MSK sədri

Bütün müraciətlərə qanuni qaydada cavab verilir — MSK sədri

"Mərkəzi Seçki Komissiyasına daxil olan bütün müraciətlərə qanuni çərçivədə cavab verilir".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qaynar xəttə daxil olan cavablara tələsik cavab vermək lazım deyil:

"Bəlkə kimsə qəsdən elə edir ki, tələsik cavab verilsin və o da nəsə səhv tutsun. Qaynar xəttə gələn bütün müraciətlər qanuni qaydada cavablandırılmalıdır. Əgər bir az imkan varsa ki, məsələ müsbət həll olunsun, biz onu həll etməyə çalışırıq".

Demokrat.az

D
demokrat.az