Sosial Özəl

Butulkanın qapağı ilə bağlı problemə sadə həll

Butulkanın qapağı ilə bağlı problemə sadə həll

Bir çox insan boğazına bərkidilmiş qapaqları olan yeni plastik butulkalardan istifadə edərkən narahatlıq yaşayır. İçərkən qapaq buruna, yanağa və ya çənəyə toxuna bilər. Lakin butulkadan daha rahat istifadə etməyə imkan verən sadə üsul var.

Demokrat.az xəbər verir ki, əksər insanlar qapağı açdıqdan sonra onu kənara çəkərək içməyə başlayırlar. Plastik birləşdirici səbəbindən qapaq isə tez-tez əvvəlki vəziyyətinə qayıdaraq mane olur.

Yayılan üsula görə, butulkanı açdıqdan sonra qapağı boğazın üzərindən əks tərəfə qatlamaq lazımdır. Bu zaman qapağı butulkaya birləşdirən plastik hissə dartılır və qapağı aşağı vəziyyətdə saxlayır.

Beləliklə, içərkən qapaq üzün qarşısında qalmır.

Bu üsul üçün heç bir əlavə vasitə tələb olunmur. İçdikdən sonra qapağı əvvəlki vəziyyətinə qaytararaq butulkaya yenidən bağlamaq mümkündür.

Bu fənd xüsusilə Avropada ekoloji tələblər səbəbindən geniş yayılan bərkidilmiş qapaqlı butulkalar üçün əlverişlidir. Belə qapaqların konstruksiyası onların itirilməsinin qarşısını almağa və sonradan təkrar emalını asanlaşdırmağa xidmət edir.

Jalə Demokrat.az

D
demokrat.az