“O Hayat Benim”, “Zalim İstanbul” və “Gülümse Kaderine” kimi ekran əsərləri ilə tanınan türk aktrisa Bahar Şahin bu dəfə yeni imici ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, bərbərə getməzdən əvvəl “Mütləq peşman olacağam” deyən aktrisa saç rəngini və modelini tamamilə dəyişib.
Bahar Şahin uzun müddətdir istifadə etdiyi saç modelinə vida edərək radikal dəyişikliyə gedib. Saçlarını daha tünd rəngə boyadan aktrisa eyni zamanda çolka kəsdirərək görünüşünü yeniləyib.
Dəyişiklikdən əvvəl sosial media hesabında paylaşım edən Şahin yeni imici ilə bağlı tərəddüdünü “Mütləq peşman olacağam” sözləri ilə izləyiciləri ilə bölüşüb. Lakin nəticə aktrisanın pərəstişkarları tərəfindən olduqca bəyənilib.
Bahar Şahinin yeni saç modeli qısa müddətdə sosial mediada diqqət çəkib. İzləyicilərindən çoxsaylı müsbət rəylər alan aktrisanın tünd saçları və çolkalı görünüşü pərəstişkarlarından yüksək qiymət alıb.
Şahin daha əvvəl verdiyi açıqlamalarda Serenay Sarıkayaya heyranlığını da açıq şəkildə dilə gətirmişdi. “Serenay mənim həyatda zəif nöqtəmdir” deyən aktrisa bir müddət Sarıkayanın fotosunu telefonunun divar kağızı etdiyini və onun böyük pərəstişkarı olduğunu söyləmişdi.
Bahar Şahin şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə də tez-tez gündəmə gəlir. Aktrisa daha əvvəl sürücülük vəsiqəsi üçün nəzəri imtahana dörd dəfə girdiyini və hər dəfə 62 bal topladığını açıqlamışdı.
Şahin sonunda sürücülük vəsiqəsi almaq fikrindən vaz keçdiyini yumorla ifadə etmişdi.
Bu dəfə isə onun gündəmində yeni imici olub. Bahar Şahinin radikal görünüş dəyişikliyi sosial mediada ən çox müzakirə olunan paylaşımlarından birinə çevrilib.



Jalə Demokrat.az


