İstanbul Texniki Universitetinin (İTÜ) rektoru, professor Hasan Mandal Qarabağ Universiteti ilə İTÜ-nün birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı ilə bağlı abituriyentlərə müraciət edib.
2026/2027-ci tədris ilindən etibarən başlayacaq proqram çərçivəsində İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə tədris ingilis dilində aparılacaq.
Tələbələr təhsillərinin ilk üç ilini Xankəndidə, sonuncu ilini isə İstanbulda davam etdirərək Qarabağ Universitetinin və İstanbul Texniki Universitetinin diplomlarını əldə edəcəklər.


