Dünya

Kolumbiyada zəlzələyə görə bir sıra hava limanlarının fəaliyyəti dayandırılıb

Kolumbiyada zəlzələyə görə bir sıra hava limanlarının fəaliyyəti dayandırılıb

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılıb.

Demokrat.azxəbər verir ki, bu barədə Kolumbiyanın Mülki Aviasiya İdarəsinin (Aerocivil) sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Təhlükəsizlik məqsədilə infrastrukturun struktur zədələnmələrinin qiymətləndirilməsi aparılana qədər bu hava limanlarında uçuşlar dayandırılacaq", - məlumatda qeyd olunub.

"Bluradio" radiostansiyasının məlumatına görə, Kolumbiya Prezidenti Abelardo de la Esprielya hökumətin fəaliyyətinin koordinasiyasını bilavasitə öz üzərinə götürüb.

"Fövqəladə halla bağlı ilk açıqlamalarında prezident Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin dərhal çağırılması barədə göstəriş verdiyini və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmə (UNGRD) ilə birgə vəziyyətin qiymətləndirilməsinə başladığını bildirib", - radiostansiya açıqlayıb.

Yerli medianın məlumatına görə, Çoko ştatının inzibati mərkəzi Kibdoda bir neçə bina ciddi zədələnib.

Kaldas departamentinin Manisales şəhərində kafedral və daha bir neçə bina dağılıb.

Demokrat.az

D
demokrat.az