Şou-biznes Özəl

Atiyə konsertdən əvvəl xəstəxanaya yerləşdirildi: "Həm mənim, həm də körpəmin ..." (FOTOLAR)

Atiyə konsertdən əvvəl xəstəxanaya yerləşdirildi: Həm mənim, həm də körpəmin ... (FOTOLAR)

Türkiyənin Kastamonu şəhərində səhnəyə çıxmağa hazırlaşan məşhur müğənni Atiyə qəfil səhhətində problem yaşayıb.

7,5 aylıq hamilə olan və dördüncü övladını dünyaya gətirməyə hazırlaşan sənətçi konsertdən əvvəl başlayan ürəkbulanma və halsızlıq səbəbindən xəstəxanaya aparılıb.

Atiyənin həyat yoldaşı onu vaxt itirmədən Taşköprü Dövlət Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıb. Burada müayinə olunan sənətçiyə serum müalicəsi tətbiq edilib.

Həkim nəzarətindən sonra vəziyyəti yaxşılaşan Atiyə qısa müddət ərzində xəstəxanadan evə buraxılıb. Bu səbəbdən sənətçi festival çərçivəsində planlaşdırılan konsertində səhnəyə çıxa bilməyib.

Xəstəxanadan çıxarkən açıqlama verən Atiyə, “Yəqin ki, yediyim bir şey mənə toxunub. Yaşadığım ürəkbulanma səbəbindən təəssüf ki, səhnəyə çıxa bilmədim”, – deyə bildirib.

Müğənni həm özünün, həm də bətnindəki körpəsinin səhhətinin yaxşı olduğunu vurğulayaraq pərəstişkarlarını narahat olmamağa çağırıb.

Atiyə konsertdən əvvəl xəstəxanaya yerləşdirildi: Həm mənim, həm də körpəmin ... (FOTOLAR)
Atiyə konsertdən əvvəl xəstəxanaya yerləşdirildi: Həm mənim, həm də körpəmin ... (FOTOLAR)

Leyla Demokrat.az

D
demokrat.az