Biz Ermənistan rəhbərliyinin son vaxtlar səsləndirdiyi bir sıra bəyanatları nəzərə almışıq. İrəvan bu fikirləri səsləndirərkən müəyyən spekulyasiyalara əl atıb və bizim fikrimizcə, bu spekulyasiyaların məqsədi göz qabağındadır.
Demokrat.az-ın məlumatına görə, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev səsləndirib.
"Məqsəd məsuliyyəti başqalarının üzərinə atmaqdır. Onlar bunu belə izah edirlər ki, guya Aİ və Rusiya ilə münasibətlərdəki problemlər Ermənistanın həm siyasi, həm də iqtisadi sahələrdə alternativlər tapmağa çalışması səbəbindən yaranıb. Bununla belə, qeyd etmək lazımdır ki, dövlətin çoxvektorlu inkişafını təşviq etmək, şübhəsiz ki, istənilən ölkənin siyasi rəhbərliyi üçün bir vəzifə və prioritetdir. Lakin anlayışları qarışdırmaq olmaz; çünki əgər kimsə cəlbedici "şaxələndirmə" termininin arxasında gizlənərsə, Avrasiya inteqrasiyasından və ənənəvi müttəfiqdən üz döndərərək Avropa İttifaqına — yəni bütövlükdə Rusiyaya qarşı açıq şəkildə düşmən mövqedə duran və üstəlik, onunla birbaşa toqquşma ehtimalını ciddi şəkildə müzakirə edən bir quruma — yönəlməyə gəldikdə isə, buradan çıxan nəticə göz qabağındadır. Beləliklə, bu, təkcə Avrasiya inteqrasiyası çərçivəsindəki tərəfdaşların deyil, həm də ölkə əhalisinin özünün açıq-aşkar aldadılmasıdır. Təsadüfi deyil ki, Avropaya doğru atılan belə bir addımın sosial-iqtisadi nəticələri Ermənistan vətəndaşlarından gizlədilir, mövcud ixrac çətinlikləri isə Moskva tərəfindən tətbiq edilən məhdudiyyətlər kimi təqdim olunur", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Alparslan Demokrat.az


